Bakı Dövlət Universitetinin tələbələrinə adlı təqaüdlər təqdim olunub
Bakı Dövlət Universitetinin 2020-2021-ci ilin yay imtahan sessiyasının nəticələrinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünə layiq görülmüş tələbələrinə təqaüdlər təqdim edilib. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə iştirak edib. O, təqaüdə layiq görülmüş tələbələri AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

M.Cəfərzadə bildirib ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis edilib. Bu təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Bugünə qədər 2591 nəfər ali məktəb tələbəsi bu təqaüddən yararlanıb. 2021-ci ilin yay imtahan sessiyasının nəticəsinə görə adlı təqaüdə layiq görülən tələbələrdən 5 nəfəri Bakı Dövlət Universitetinin tələbələridir. 

Bizimlə əlaqə

+994 12 000 00 00

adpu-hik@atiahi.org

Azərbaycan

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo