Səttar Möhbalıyev: “Əminik ki, təxribatın arxasında duran, təşkilində iştirak edən bütün qüvvələr öz layiq olduqları cəzanı alacaqlar”
“Hamıya məlumdur ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri dinc və mehriban şəraitində yaşayırlar. Ölkəmiz bütün dinlərin, o cümlədən İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirib, ən çətin dönəmlərdə belə müxtəlif dini bayramlar, əziz günlər yüksək səviyyədə qeyd olunub, dini ayinlər icra edilib. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır. Müxtəlif dini konfessiyaların, təriqətlərin nümayəndələri ölkəmizdəki şəraitdən hər zaman mənunluqlarını ifadə ediblər”.Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib.Onun sözlərinə görə, bəzi özünü dindar adlandıran, İslama ləkə atmağa çalışan radikal qruplar hər zaman olub, onlar bu istiqamətdə ölkəmizi də hədəf alır, nifaq salmağa çalışırlar: “Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasında törədilən təcavüz aktı da bu qəbildəndir. Təbii ki, bu, öncədən planlaşdırılmış, siyasi məqsədlər güdən terror, vandalizm aktıdır. Din pərdəsi altında gizlənən həmin qüvvələr ölkəmizin beynəlxalq nüfuzuna, əldə etdiyi naliyyətlərə kölgə salmağa cəhd edirlər. Məlumdur ki, bu cür başıpozuq qüvvələrin Azərbaycanda heç bir sosial bazası mövcud olmadığından onlar xarici ölkələrdə bu cür təxribatlara əl atır, ölkəmizi gözdən salmağa çalışırlar”.AHİK sədri əminliyini ifadə edib ki, bununla bağlı Böyük Britaniya hökuməti lazimi tədbirlər görəcək, təxribatın arxasında duran, təşkilində iştirak edən bütün qüvvələr öz layiq olduqları cəzanı alacaqlar.
05.08.2022
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib
İşçilərin istirahəti, əmək qabiliyyətinin bərpası, müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi, bu məqsədlə verilən məzuniyyət hüququnun təmin edilməsi, məzuniyyət dövründə asudə vaxtın daha səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması həmkarlar ittifaqlarının daim diqqət mərkəzində olub. Bu gün ölkəmizin səfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır. Bu da, təbii ki, ittifaq üzvləri tərəfindən rəğbətlə qarşılanır və onların daha səmərəli fəaliyyət göstərə bilmələri üçün stimul yaradır.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev mütəmadi olaraq həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə, istirahət mərkəzlərinə baş çəkir, istirahət üçün yaradılmış şəraitlə tanış olur, dincələnlərlə söhbətlər aparır, necə istirahət etdikləri ilə maraqlanır.İyulun 28-də AHİK sədri növbəti dəfə həmkarlar ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsində və Qusar rayonunda yerləşən istirahət mərkəzlərində olaraq vəziyyətlə tanış olub.Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının “Xəzər” İstirahət Mərkəzinə gələn S.Möhbalıyev burada istirahət edənlərin qaldığı korpus otaqlarını və kottecləri gəzib, onların dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, yeməkxanaya və mətbəxə baxış keçirib, ərazini gəzib, yeni tikilmiş kotteclərə baxıb. AHİK sədri həmçinin mərkəzdə istirahət edən insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib.“Şahdağ” İstirahət Mərkəzində olarkən AHİK sədri istirahət üçün yaradılmış şəraitlə tanış olub, mərkəzin ərazisini gəzib, yeməkxanaya və mətbəxə baxış keçirib. İstirahət edənlər S.Möhbalıyevlə söhbət zamanı yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər.Növbəti baxış Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının “Ülfət” İstirahət Mərkəzində keçirilib. 2010-cu ildə inşa olunan istirahət mərkəzində kotteclər və üç ikimərtəbəli istirahət korpusu, idman meydançaları, hovuz, geniş park qonaqların istifadəsindədir. Mərkəzdə eyni vaxtda 96 nəfər, mövsüm ərzində isə 1000 nəfərə yaxın insanın istirahət etməsi üçün hər cür şərait yaradılıb. AHİK sədri mərkəzin ərazisində salınmış meyvə bağına da baxıb. Bildirilib ki, bağda iqlimə xarakterik olan hər cür meyvə ağacları, o cümlədən alma, armud, şaftalı, albalı, gilas və s. ağaclar əkilib və istirahət edənlər sərbəst şəkildə meyvələrdən dadırlar.Baxış zamanı S.Möhbalıyev dəmiryolçuların “Lokomotiv” İstirahət Mərkəzi ilə də tanış olub. Bildirilib ki, burada ziyarətçilərin normal istirahəti üçün hər şərait mövcuddur. Həmçinin ərazidə yeni kotteclər istifadəyə verilib və digərlərinin tikintisi də aparılır. AHİK sədri yeni istifadəyə verilmiş kotteclərə baxıb, mərkəzin ərazisini gəzib, dincələnlərlə söhbətləşib.Ardınca AHİK sədri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Təhsil” İstirahət Mərkəzinə gəlib. 2013-cü ilin iyun ayında istifadəyə verilən istirahət kompleksi 10 hektardan artıq ərazini əhatə edir. Buraya üçmərtəbəli yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzları, ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər tikililər daxildir. Mərkəzdə eyni vaxtda 260-da çox şəxs istirahət edir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir. Ümumilikdə mövsüm ərzində burada həmkarlar ittifaqının 1500 nəfərə yaxın üzvü dincəlir. İstirahət mərkəzinə baxış keçirən sədr burada yaradılmış şəraitlə tanış olub, texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunmasını tapşırıb. AHİK sədri həmçinin burada tikilməkdə olan yaşayış korpusu ilə tanış olub.Sonra mədəniyyət işçiləri üçün yeni tikilməkdə olan istirahət mərkəzində olan AHİK sədri burada görülən işlərlə maraqlanıb. Bildirilib ki, 2,8 hektar ərazini əhatə edən istirahət mərkəzində hazırda hər birində iki ailənin yerləşə biləcəyi 12 kottec, daha 6 VİP kottec, 2 mərtəbəli tam komfortlu yaşayış korpusu, inzibati binada əlavə 21 ədəd lüks nömrə, konfrans zalı, yeməkxana, iki hovuz tikilməkdədir. Həmçinin dincələnlərin istirahətinin mənalı təşkili üçün geniş park salınır, idman zalı və meydançaların tikilməsi nəzərdə tutulub.Sonda S.Möhbalıyev Qusar rayonunda səhiyyə işçilərinin “Şəfa” İstirahət Mərkəzinə baş çəkib. İstirahətdə olan həkimlər onların dincəlməsi üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.İstirahət edənlərlə və jurnalistlərlə söhbətində AHİK sədr bildirib ki, ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması, istirahətinin mənalı təşkili dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir: “Bu məqsədlə ölkədə ildən-ilə sağlamlıq və istirahət mərkəzlərinin sayı artırılır, dövlətimiz tərəfindən insanların rahat şəkildə istirahət etməsi üçün hər cür şərait yaradılır. Bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar”.“Hər il həmkarlar təşkilatlarının xətti ilə minlərlə vətəndaşımız öz ailələləri ilə Azərbaycanın dilbər guşələrində istirahət etmək imkanı qazanır. Biz istirahət mərkəzlərindəki şərait, obyektlərin necə saxlanılması, texniki təhlükəsizlik qaydalarına riayət, xidmət səviyyəsi ilə daim maraqlanırıq. Mənim səfərimin də məqsədi elə bundan ibarətdir. İstəyirik ki, gələn qonaqlar buradan məmnun ayrılsınlar, yaradılmış şəraitdən razı qalsınlar. Qeyd edim ki, həmkarlar ittifaqlarının istirahət mərkəzlərində yüzlərlə vətəndaşımız daimi və mövsümü işlərlə təmin olunub, bu da məşğulluğun təmin olunmasına mühüm töhfədir”, – deyə AHİK sədri vurğulayıb.S.Möhbalıyev qeyd edib ki, AHİK-in balansında olan bütün istirahət mərkəzləri müasir tələblərə uyğunlaşdırılır, istirahət üçün geniş imkanlar yaradılır.10.jpg 272.18 KB9 (2).jpg 206.99 KB8 (2).jpg 301.93 KB6-1.jpg 166.21 KB3-3.jpg 256.14 KB46.jpg 180.76 KB39.jpg 198.75 KB35.jpg 127.61 KB
29.07.2022
AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı dəyirmi masa keçirilib
İyunun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “BƏT-nin icbari əməyin ləğv edilməsi haqqında 105 saylı konvensiyasının müzakirələrinin nəticələri barədə məlumat, 205 saylı Tövsiyəsinin tətbiqində həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda dəyirimi masa keçirilib.Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Avropa bürosunun sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, həmçinin AHİK-in rəhbərliyi və KİV nümayəndələri iştirak ediblər.S.Möhbalıyev çıxışında icbari əməyin qlobal xarakter daşıdığını və dünyada 21 milyona yaxın insanın icbari əməyin qurbanı olduğunu bildirib: “Bunlardan 880 mini Avropa İttifaqı ölkələrinin payına düşür ki, onların da 90 %-i özəl sektorda çalışanlardır. 68 faizini isə kənd təsərrüfatına, inşaata və ev işlərinə zorla cəlb olunanlar təşkil edir”.Onun sözlərinə görə, Azərbaycan həmkarlar ittifaqları həmişə BƏT-nin Konvensiyalarının müddəalarının əsas prinsip və hüquqlarına əməl olunmasına ciddi yanaşır, əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsində, qanunların təkmilləşdirilməsi zamanı ekspertizada rəy və təkliflərini bildirməklə fəal iştirak edir: “Bundan sonra da 105 saylı Konvensiyanın tətbiqi ilə bağlı ətraflı müzakirələr davam etdiriləcək və əsaslı tədbirlər görüləcəkdir. Azərbaycan hökuməti və bütün maraqlı qurumlar BƏT-nin 105 saylı Konvensiyasının tətbiqinə böyük diqqət yetirir, Konvensiyada göstərilən öhdəliklər nəzərə alınmaqla beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb təkmilləşdirilir. Əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsi və təkmilləşdirilməsində irəliləyişlər nəzərdə tutulur”.“AHİK icbari əməyin inkişafının qarşısını müəyyən qədər almaq məqsədilə ölkənin qanunvericilik orqanları ilə sıx əməkdaşlıq edir, əmək qanunvericiliyində dəyişiklik və əlavələr edilməsi üçün təkliflər verir. Təsadüfi deyildir ki, sosial partnyorlarla imzaladığımız Baş Kollektiv Sazişin 4.1.10-cu maddəsi ilə uşaq əməyinin, icbari əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi nəzərdə tutulmaqla tərəflərin öhdəliyinə daxil edilib”, – S.Möhbalıyev qeyd edib.BƏT-nin sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, AHİK-in şöbə müdiri Namiq Hüseynov və digər çıxış edənlər məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin ödənilməsindən, maarifləndirmə işinin təşkilindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılması zərurətindən bəhs ediblər.Qeyd edək ki, tədbir iki gün (29-30 iyun) davam edəcək.1-9.jpg 123.77 KB2-9.jpg 235.49 KB4-8.jpg 90.36 KB5-6.jpg 80.84 KB6-3.jpg 196.65 KB
29.06.2022
AHİK sədri Səttar Möhbalıyev UAESEB-nin XIV Forumunun iştirakçılarını qəbul edib
İyunun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Bakıda keçirilən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumunun iştirakçılarını qəbul edib. Görüşdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk Cümhuriyyətindən gəlmiş qonaqlar iştirak ediblər.S.Möhbalıyev qonaqlara Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.Onun sözlərinə görə, həmkarlar ittifaqları ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir, sosial siyasətin həyata keçirilməsində yaxından iştirak edir, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.Dövlətimizin təhsil siyasətindən bəhs edən AHİK sədri qeyd edib ki, hər il Azərbaycanda təhsil infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılır, yeni-yeni məktəb binaları inşa olunur, təmir edilir, təhsil müəssisələrinin maddi-texniki təminatı daha da gücləndirilir, təhsilin inkişafını təmin edən dövlət proqramlarının icrası davam etdirilir.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyətindən danışan S.Möhbalıyev qeyd edib ki, təşkilat təhsil işçilərinin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, bu sahədə əmək münasibətlərinin normal məcrada qurulması, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları ilə bağlı yarana biləcək ziddiyyətlərin aradan qaldırılması və qanuni mənafelərinin qorunması istiqamətində mühüm işlər görür.S.Möhbalıyev UAESEB-nin fəaliyyətini yüksək qiymətləndirib və qurumun Türkdilli ölkələrin bir-birinə daha da yaxınlaşmasında, əlaqələrinin möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində xidmətlərindən bəhs edib.Səmimi qəbula görə təşəkkür edən UAESEB-nin və Türk Egitim-Senin sədri Talip Geylan Azərbaycanda olmağından, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. O həmçinin ötən gün baş tutan UAESEB-nin XIV Forumunu və qəbul olunan Yekun Bəyanatı yüksək dəyərləndirib, bunun Türkdilli ölkələr arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.1-8.jpg 133.19 KB2-8.jpg 109.22 KB3-8.jpg 130.2 KB4-7.jpg 128.13 KB
29.06.2022
Bizimlə əlaqə